- Bakı şəhəri, Zərgərpalan 128 | (+994 50) 632-48-49 | [email protected]

Haqqımızda

Hörmətli Xanımlar və Bəylər!

Sizə təqdim edilən bu sayt peşəkar bir komandanın bilik və bacarıqları nəticəsində ərsəyə gəlmiş və Yol Hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanununun öyrədilməsi və yol hərəkəti iştirakçılarının bu sahəyə aid bütün suallarının cavablandırılması məqsədilə yaradılmışdır.

AzYHQ 36-cı maddə 1-ci hissə 1-ci bənd:

I. Yol Hərəkətinin iştirakçıları:

1. Yol Hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

- Nəzərə alsaq ki, hər birimiz hər yerdə hər an yol hərəkəti iştirakçısına çevrilirik - Təkcə sürücü olaraq yox, piyada olaraq, sərnişin olaraq, velosipedçi olaraq, mal-qara ötürən olaraq və s. Bəs hər birimiz yol hərəkəti iştirakçısı olaraq öz hüquq və vəzifələrimizi bilirikmi? Artıq bu qaydaları bilmək həyatımızın "olmazsa olmaz" bir vəzifəsinə çevrilməlidir. Çünki son zamanlar bu "yolların" nə qədər əzizlərimizin canını "mənimsədiyinin" hamımız şahidiyik. Ona görə də bu sahəni öyrənmək və öyrətmək, eləcə də bu qaydaları yerinə yetirmək və başqalarının da bu qaydalara riayət etməsini tələb etməliyik ki, qəzaların sayının azalması üçün biz də öz əlimizdən gələn formada Dövlətə dəstəyimizi göstərək. Bu həm də bir vətəndaş olaraq hər birimizin Qanun qarşısında vəzifə borcumuzdur.

AzYHQ 36-cı maddə 2-ci hissə:

- Yol Hərəkəti Qaydalarına riayət edən yol hərəketinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb etməlidir!

- Yol Hərəkəti Qaydaları ilə bağlı istənilən sualınızı bizə sayt üzərindən ünvanlaya bilərsiz. Suallarınız bu sahə üzrə ən yüksək səviyyədə bilgiyə malik mütəxəssislərimiz tərəfindən tez bir zamanda və Qanuna uyğun olaraq cavablandırılacaq.

- Suallara fərq qoyulmur - Sürücülük vəsiqəsi almaq istəyənləri maraqlandıran istənilən suallar, lazım olan sənədlər, lazımi sənədlərin toplanmasına kömək məqsədilə məlumat verilməsi, ən yüksək səviyyədə bu sahə üzrə hazırlaşmaq istəyənlər, yollarda rastlaşdiğınız hallarla bağlı, inzibati cərimələrlə bağlı və s. istənilən sualla bizə müraciət edə bilərsiz. Və bizdən vaxtında və dolğun cavab ala biləcəyinizə tam əmin ola bilərsiz!

- Hörmətli iszləyicilərimiz, hər birimiz Yol Hərəkəti Qaydalarını öyrənək və bu qaydalara riayət edək ki, bu yollar Ömür yolumuzu zamansız kəsməsin!